Bu cür borclar üçün vəkillik etmək doğrudurmu?

Sual: Bankların ala bilmədikləri borcları müsadirə yolu ilə ala bilmələri üçün onlara vəkillik etmək və hüquq xidməti göstərmək olarmı? Bunda dini cəhətdən bir qadağa varmı?


Cavab: Bankların faizdənkənar borclarının alınması məsələsində vəkillik etmək olar. Lakin faizli borclarla bağlı məsələlərdə belə bir xidmət göstərmək caiz deyil. Başqa sözlə, faizli əməliyyatlarda vəkillik etmək düzgün deyil.

Uca Allah buyurur:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona o işin savabından bir pay düşür. Kim də pis bir işə baiskar olsa, ona o pislikdən bir pay var. Allah hər şeyin əvəzini verir” (“Nisa” surəsi, 4/85).

“Yaxşılıqda və pislikdən çəkinməkdə (təqvada) köməkləşin. Günah etmək və həddi aşmaqda (düşmənçilikdə) bir-birinizə kömək etməyin” (“Maidə” surəsi, 5/2).

 

 

 

Bir cavab yazın