Əzrayılın adı Quran və hədislərdə çəkilirmi?

Cavab: Xeyr, Quran və hədislərdə Əzrail sözü yoxdur. Çox güman ki, bu söz İbrani mənşəlidir. İslam dini ədəbiyyatına da oradan keçib.

Yeri gəlmişkən, bu məsələyə dair ətraflı məlumat üçün Türkiyə Diyanət Vəqfi tərəfindən nəşr edilən İslam Ensiklopediyasına1 müraciət edə bilərsiniz.

Quranda canları alan mələk haqqında “mələkul məut” (ölüm mələyi) deyilir və belə çıxır ki, ölüm mələyi tək deyil.

Həmin ayələr aşağıdakı kimidir:

“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (“Səcdə” surəsi, 32/11)

“O, qullarının üstündə tamamilə hakimdir. O, sizə gözətçilər göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz heç bir səhvə yol vermədən onun canını alırlar”. (“Ənam” surəsi, 6/61)

Hədislərdə də belədir –“mələkul məut” ifadəsi işlədilir.2

  1. 4-cü cild, s. 350-351. Bu mənbə BDU-nun İlahiyyat Ffakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının Şərq zalında mövcuddur.
  2. Baxın: Buxari. “Cənaiz”,69; “Ənbiya”, 31; Muslim. “Fəzail”, 157-158; Tirmizi. “Təfsir”, 7; İbn Macə. “Cihad”,

Bir cavab yazın