“Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi nə dərəcədə səhihdir?

Sual: “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi nə dərəcədə səhihdir?

Cavab: Bu hədis Cəlaləddin əs-Süyutinin “Camiu-l-əhadis” (5666 və 5667-ci hədislər) və Heysəminin “Məcməu-z-zəvaid” (Fitən, 12547-ci hədis) adlı əsərlərində qeyd olunub.

Heysəmi qeyd edir ki, bu hədisin rəvayət zəncirindəki Müaviyə ibn Vahibi tanımır.

Bu hədisə Quran baxımından yanaşdıqda isə məlum olur ki, səhih (düzgün, mötəbər) deyil. Çünki Allah Quranda peyğəmbərimizə belə deməyi əmr etmişdir:

“De: Elçilərin birincisi mən deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmərəm. Mən sadəcə olaraq mənə vəhy olunana tabe oluram və yalnız açıq-aşkar bir xəbərdarediciyəm”. (“Əhqaf” surəsi, 46/9)

Ayədə də qeyd olunduğu kimi, özü ilə belə necə rəftar olunacağını bilmədiyini deyən peyğəmbərin “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” deməyi, yəni, bu cür bir şərh verməyi mümkün görünmür.

 

Bir cavab yazın