Ticarət saytları cümə namazı vaxtı bağlanmalıdır?  

Sual: Bizim işlədiyimiz firmanın bir saytı var. Bu sayt gecə-gündüz satış işləri ilə məşğul olur. Sualım budur: Cümə namazının vaxtında bu saytı bağlamalıyıq, yoxsa yox? Əgər bağlamalıyıqsa, haranın cümə vaxtını əsas götürməliyik? Firma Bakıda yerləşir. Tutalım ki, Bakıda namaz vaxtı daxil olduqda saytı bağladıq. Lənkəran və ya Cəlilabadda cümə namazını qılıb məsciddən çıxan bir şəxs saytımız bağlı olduğuna görə internetdən nə isə ala bilməyəcək. Halbuki öz yaşadığı yerdə Cümə namazının vaxtı gəldikdə alveri (ticarət) bir kənara buraxıb namaza getmişdi (yəni, Allahın Cümə namazı haqqındakı əmrini yerinə yetirmişdi). Cümədən çıxandan sonra internetdən bir şey almaq istəsə də, sayt bağlıdır! Çünki firmanın yerləşdiyi yer Bakıdır və sayt Bakıda Cümə namazı vaxtında bağlanıb! Bu halda nə etmək olar? Bu məsələ dini cəhətdən nə cür qiymətləndirilə bilər?


Cavab: Cümə namazını qılmaq hansısa bir firma və ya şirkətə deyil, orada işləyənlərə vacibdir! Odur ki, firmanın harada olmağının mətləbə dəxli yoxdur. Hansı bölgədə Cümə namazının vaxtıdırsa, orada işləyən/yaşayan müsəlmanlar namaza getməlidirlər. Bu, fərz (vacib) əməldir. Buna əsasən də Cümə namazına getməyənlərin, yaxud da olduqları bölgələrə görə namazı firmanın yerləşdiyi yerin vaxtından bir qədər qabaqcadan qılanların (Şərq rayonları) və ya bir qədər gec qılanların (Qərb rayonları) internetdən alver etməyinin sizə bir ziyanı yoxdur. Yəni, bu, ibadətə təsir etmir.

Bir cavab yazın