Sual: “Muhəmməddən (s) “Mən Ərəbəm. Cənnətin dili də ərəb dilidir”, -deyə bir hədis eşitdim”… -bu rəvayət nə dərəcədə düzgündür?
Cavab: Bəzi hədis kitablarında olan rəvayət belədir:
أحبوا العرب لثلاث لأني عربي والقرآن عربي وكلام أهل الجنة عربي
“Bu 3 işdən ötrü ərəbləri sevin: Çünki mən ərəbəm, Quran ərəbcədir və cənnətdəkilərin dili ərəb dilidir”.1
Əhməb b. Hənbəlin bu rəvayəti “zəif” gördüyü, Uqaylinin “münkər” və “əsli yoxdur”, Zəhəbinin isə “saxta” dediyi qeyd edilib.
Mühəddislərin (hədisçilərin) istər bu ifadələri, istərsə də fərqli rəvayətlərin gəldiyi yollarla əlaqədar qiymətləndirmələri haqqında ətraflı məlumat üçün baxın: Heysəmi, “Məcmauz-Zəvaid”, 10-cu cild, s. 25; Zəhəbi, “Təlxisu Kitabil-Məvzuat”, 1-ci cild, s. 92; Suyuti, “əl–Ləalil-Masnua”, 1-ci cild, s. 404-405; Fəttani, “Təzkirətul-Məvzuat”, 1-ci cild, s. 112; İbn Ərrak, “Tənzihüş-Şəria”, 2-ci cild, s. 30-31; Şəvkani, “əl-Fəvaidul-Məcmua”, s. 413; Acluni, “Kəşful-Xəfa”, 1-ci cild, s. 54-55.
Həmçinin, cənnətdə hansı dilin danışılacağı mövzusunda Quranda və səhih sünnədə bir sübüt yoxdur. Bu səbəbdən, yuxarıdakı rəvayətə baxaraq bu mövzu haqqında danışmaq doğru deyil.
- Hakim, “əl–Müstədrək”, 4-cü cild, s. 87, Beyhəqi,“Şuabul-İman”, 3-cü cild, s. 3
Həqiqəti də Günəş kimi ovucla örtmək olmaz. SAĞ OLASIZ, ELŞAD MÜƏLLİM .